. Love.az

Husameddin Coban - Wikipedia - Love.az

Ana Səhifə - Husameddin Coban

Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış bəylərindən biri. XIII əsrdə yaşamışdır.

Hüsaməddin Çoban
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Vəfat tarixi XIII əsr
Fəaliyyəti hərbi lider[d]
Uşağı
  • Alp Ürək

I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur.

I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.

Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüsaməddin_Çoban&oldid=7342074"
LOVE.AZ