. Love.az

Husamzade Ebdurrehman Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Husamzade Ebdurrehman Efendi

Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı.

Hüsamzadə Əbdürrəhman Əfəndi
46. Osmanlı şeyxülislamı
ƏvvəlkiƏbu Səid Mehmed Əfəndi
SonrakıMəmikzadə Mustafa Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1594
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi sentyabr 1670

Həyatı

redaktə

İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi.

İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi. 10 aya yaxın bu vəzifədə qalan Əbdürrəhman Əfəndi 5 mart 1656 tarixində baş verən və Osmanlı tarixində Çinar hadisəsi olaraq bilinən üsyanın ardından vəzifəsindən alındı. Vəzifədən alındıqdan sonra öz istəyilə Qüds qazılığına gətirildi və bir müddət Dəməşqdə qaldı. Ertəsi il Ayıntab (indiki adı ilə Qaziantep), daha sonra isə Misir qazısı seçildi. 1670-ci ilin sentyabrında Misirdə ikən vəfat etdi.[1]

Mənbə

redaktə
  1. ↑ http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=010160&idno2=c010201#2
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüsamzadə_Əbdürrəhman_Əfəndi&oldid=6906914"
LOVE.AZ