. Love.az

Huseyn Axundov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Huseyn Axundov Siyasetci
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Axundov.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Hüseyn Axundov.

Hüseyn Axundov (Axundov Hüseyn (Kamal) Yusif oğlu; 1922, Saray, Bakı qəzası – 1986) — siyasi və ictimai xadim.

Hüseyn Axundov
Doğum tarixi 1922
Doğum yeri
  • Saray, Bakı qəzası, Azərbaycan SSR
Vəfat tarixi 1986
Təhsili
  • BDU Filologiya fakültəsi
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1966

Həyatı

redaktə

Hüseyn Axundov 1922-ci ildə Bakının Saray kəndində anadan olub. Bakı Pedaqoji texnikumunu bitirib. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə illərində vuruşduğu hissələrdə komsomol təşkilatının katibi olan H.Axundov 1943-cü ildə Kommunist partiyasının sıralarına daxil olub.

1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin il Sumqayıt şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1956-cı ildə şəhər partiya komitəsinin katibi seçilib.

1957-59-cu illərdə Moskvada Ali Partiya Məktəbinin dinləyicisi olub. 1959-cu ildə Sumqayıt şəhər icraiyyə komitəsinin sədrinin birinci müavini təyin edilib. Bir il sonra (1960) şəhər icraiyyə komitəsinin sədri vəzifəsinə irəli çəkilib.

1971-1979-cu illərdə Respublika Dövlət Kinematoqrafiya Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

1986-cı ildə vəfat edib.

Mükafat və təltifləri

redaktə
  • "Birinci dərəcəli Böyük Vətən müharibəsi" ordeni
  • "Qırmızı əmək bayrağı" ordeni

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseyn_Axundov_(siyasətçi)&oldid=6577530"
LOVE.AZ