. Love.az

Huseyn Azeri - Wikipedia - Love.az

Ana Səhifə - Huseyn Azeri

Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist.

Hüseyn Azəri
Doğum tarixi 1979
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır.

"İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb.

İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib.

Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib.

Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir.

Ailəlidir, 2 övladı var.

İstinadlar

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseyn_Azəri&oldid=7881820"
LOVE.AZ