. Love.az

Huseyn Huseynzade Fotoqraf - Wikipedia - Love.az

Ana Səhifə - Huseyn Huseynzade Fotoqraf
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Hüseyn Hüseynzadə.

Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti.[1]

Hüseyn Hüseynzadə
Doğum tarixi 11 yanvar 1935
Vəfat tarixi 13 iyul 2019 (84 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan

Həyatı

redaktə

11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı.

Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb. 60-dan çox kitab-albomun müəllifidir.

2019-cu ildə iyulun 13-də uzun sürən xəstəlikdən vəfat edib.[2]

İstinadlar

redaktə
  1. ↑ "AFB: Hüseyn Hüseynzadə". photographer.az. photographer.az. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2018.
  2. ↑ "Azərbaycanlı fotoqraf vəfat edib". kulis.az. kulis.az. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseyn_Hüseynzadə_(fotoqraf)&oldid=8000253"
LOVE.AZ