. Love.az

Huseyn Xan Turqut - Wikipedia - Love.az

Ana Səhifə - Huseyn Xan Turqut

Hüseyn Turqut (1900, İrəvan – 1971, Türkiyə) — İrəvan xanlarının nəslindən olan, Türkiyə Silahlı Qüvvələrinin general-mayoru.

Hüseyn xan Turqut
Hüseyn xan Həsən xan oğlu İrəvanski
Şəxsi məlumatlar
Doğum tarixi 1900
Doğum yeri
  • İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1971
Vəfat yeri
  • Türkiyə
Dəfn yeri
  • Cebeci Şəhidlər xiyabanı
Vətəndaşlığı
  •  Türkiyə
Atası Həsən xan İrəvanski[d]
Anası Nuraleyin хаnım Qovanlı-Qacar[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Osmanlı imperiyası, Türkiyə
Qoşun növü Türkiyə Quru Qoşunları
Türkiyə Hərbi Hava Qüvvələri
Xidmət illəri 1918–1960
Rütbəsi Tümgeneral
Döyüşlər
  • Birinci Dünya müharibəsi,
  • Türkiyə İstiqlaliyyət müharibəsi
Təltifləri "Hərb" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib.

Mündəricat

  • 1 Həyatı
  • 2 Türkiyədə
  • 3 Ailəsi
  • 4 Mükafatları
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Ədəbiyyat
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

Hüseyn Turqut 1900-cü ilin noyabr ayında İrəvan şəhərində anadan olub[1]. Orta təhsilini İrəvan şəhər gimnaziyasında alıb.[2]

1917-ci il Oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri özbaşınalıqlardan sonra ailə üzvləri ilə birlikdə Naxçıvana köçüb[1]. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə gedib.[3]

Türkiyədə

redaktə
 
Hüseyn xan Turqut Türkiyə Hərbi Hava Qüvvələrində

Hüseyn Turqut 1918-ci ildən Osmanlı ordusuna qoşularaq Birinci Dünya müharibəsində iştirak edib. IV kolordunun 5-ci tüməninin tərkibində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tümənin tərkibində döyüşlərdə olub. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub.[4]

Türkiyə İstiqlaliyyət Müharibəsi başladıqdan sonra şərq cəbhəsində[5] leytenant rütbəsi ilə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib[1]. Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif edilib[1]. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib[6]. Türkiyənin cənub şərqində baş qaldıran kürd üsyanlarının yatırılmasında iştirak edib.[4]

1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə təyinat alıb[7]. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilib[7]. Fransada keçirilən təlimlərdə yüksək nəticələr göstərərək geri qayıdıb. 6 dil bilən Hüseyn Turqut 1934-cü ildən 1946-cı ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri üçün yeni pilotların yetişdirilməsində iştirak edib[7]. Türk Hava Qüvvələrində "Junge dayı" ləqəbi ilə tanınıb.[3]

1946-cı ildə ağır qəzaya düşüb. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışıb.[8] 1960-cı ildə 42 illik xidmətindən sonra tümgeneral rüstbəsi ilə təqaüdə çıxıb.[9]

Hüseyin Turqut 1971-ci ilin noyabr ayında Ankarada vəfat edib.[2] Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Hərbi Şəhidliyində dəfn edilib.[4]

Ailəsi

redaktə
 
Hüseyn xan Turqut həyat yoldaşı Ləman Hattusas ilə birlikdə.

Atası İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanskinin oğlu Həsən xan Turqut anası isə Bəhmən mirzə Qovanlı-Qacarın qızı şahzadə Nuraleyin xanım Qovanlı-Qacardır. Qardaşı Fərid xan adlı qardaşı, Rüxsarə, Sami və Adilə adlı bacıları olub.[10]

Hüseyin xan Turqut 1936-cı ildə Ləman Hattusas ilə ailə həyatı qurub[7]. 1940-cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olub.[8]

Mükafatları

redaktə
  •   — 1918-ci ildə şərq və cənub şərq cəbhələrində göstərdiyi xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub[1].
  •   — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib[1].

Həmçinin bax

redaktə
  • Cahangir Bərkər
  • Baba Behbud
  • Aslan Berkan

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 79. ISBN 978-9952-5513-4-1.
  2. ↑ 1 2 Musa Quliyev. "Tarixi fotoşəkil ən yaxşı tədqiqat əsəridir" (PDF). Şərq qapısı qəzeti. Naxçıvan. 2016-10-06. 3. 2022-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-28.
  3. ↑ 1 2 Musa Rəhimoğlu. "Naxçıvan və İrəvan xanlıqları tarixinin yeni aydınlanan səhifələri" (az.). 525-ci qəzet. 2016-10-28. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
  4. ↑ 1 2 3 "Hüseyn xan Turqut İrəvanski - Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız" (az.). teref.az. 2017-10-10. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
  5. ↑ Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 201. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  6. ↑ Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  7. ↑ 1 2 3 4 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 83. ISBN 978-9952-5513-4-1.
  8. ↑ 1 2 Vüsalə Abbasova. "Sonuncu İrəvan xanının qardaşı nəvəsi: "Gün gələcək o torpaqlar öz sahiblərinə qaytarılacaq və bu zülm bitəcək"" (az.). Report İnformasiya Agentliyi. 2018-05-22. Archived from the original on 2022-12-28. İstifadə tarixi: 2022-12-28.
  9. ↑ Əsgər Zeynalov. İrəvan xanlığı... Gerçəkliyin aydınlığı. Morisvil: Lulu Press. 2016. səh. 85. ISBN 9781329954083. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
  10. ↑ Orxan Cəbrayıl. "Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut" (az.). goyce.az. 2019-11-12. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.

Ədəbiyyat

redaktə
  • Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. ISBN 978-9952-5513-4-1.
  • Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN 9789752552364.

Xarici keçidlər

redaktə
  • Hüseyn xan Turqut / Belə belə işlər
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseyn_xan_Turqut&oldid=7707969"
LOVE.AZ