. Love.az

Huseynqulu Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Huseynqulu Mirze Qovanli Qacar
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu Qovanlı-Qacar (1884, Təbriz – 1945, Tehran) — şahzadə, əyalət valisi

Hüseynqulu Mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1884
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1945
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran

Həyatı

redaktə

Hüseynqulu mirzə Müzəffərəddin şah oğlu 1884-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Nüsrətüssəltənə ləqəbi almışdı. Hüseynqulu mirzə orduda xidmət etmişdi. Əmir tuman rütbəsi daşıyırdı. 1897-ci ildə Tehranın valisi olmuşdu. 1905-ci ildə atasının məiyyətində Avropaya getmişdi. Hüseynqulu mirzə 1945-ci ildə vəfat edib. Hüseynqulu mirzənin törəməsi Nüsrət-Müzəffəri soyadını daşıyırlar.

Hüseynqulu mirzə Əzəmsəltənə xanım (Valiə Zəndşahi) ilə ailə qurmuşdu. Mehdiqulu mirzə, Moinəddin mirzə adlı oğulları, Mərziyə xanım adlı qızı vardı.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hüseynqulu_Mirzə_Qovanlı-Qacar&oldid=8121947"
LOVE.AZ