Həştrud, Həştəri və ya Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Həştrud şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,418 nəfər və 4,493 ailədən ibarət idi[2]. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Şəhər | |
Həştrud | |
---|---|
![]() | |
37°28′40″ şm. e. 47°03′03″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
| |
![]() |
Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırki rəsmi adı olan "Həştrud" isə farsca "həşt" (səkkiz) və "rud" (çay, axar su) sözlərindən ibarətdir.[mənbə göstərilməlidir]