Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
"Həft övrəng" (fars. هفت اورنگ, azərb. Yeddi taxt) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur.
Həft övrəng | |
---|---|
fars. هفت اورنگ | |
Müəllif | Əbdürrəhman Cami |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Orijinalın nəşr ili | 1468-1485 |
![]() |
Həft övrəng toplusuna yeddi məsnəvi daxildir:
Şah I Təhmasibin qardaşı oğlu və kürəkəni şahzadə Sultan İbrahim Mirzə 1556-1565-ci illərdə Məşhəd hakimi olduğu vaxt Həft övrəngin səfəvi miniatürləri ilə bəzədilmiş nəfis əlyazmasının hazırlanmasını sifariş etmişdir. Hazırda həmin əlyazması Frir Sənət Qalereyasında saxlanılır və ingilis dilli mənbələrdə Frir Camisi (ing. Freer Jami) adı ilə tanınır.
Naməlum rəssam - "Yusif və Züleyxanın şəhərə daxil olması". 1565-ci ildən əvvəl | Mirzə Əli - "Müdrik dilənçinin şagirdi olmuş hökmdar". 1556-1565 | Müzəffər Əli - "Yusifin su quyusundan çıxması". 1492 | Naməlum rəssam - "Məcnun Leylinin çadırı qarşısında". 1556-1565 | Mirzə Əli - "Eşşəyin satılması". 1556-1565 |