Həmidə Ömərova (25 aprel 1957[1], Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021).
Həmidə Ömərova | |
---|---|
Həmidə Məmməd qızı Ömərova | |
![]() "Qızıl uçurum" filmindən (1980) | |
Doğum tarixi | 25 aprel 1957(1957-04-25)[1] (68 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1977-ci ildən |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0648345 |
![]() |
Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. [2] 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur.[3]
Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır.
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Hasarın o üzü | Humay | 21 dekabr 2013 | Bəhram Osmanov | Əli Əmirli |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Stullar[5] | Semiramida | 19 dekabr 2016 | İlkin Mehdiyev | Ejen İonesko |