Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev; 15 may 1937, Naxçıvan) – şair, yazıçı, tərcüməçi, dramaturq, alim, pedaqoq, filologiya elmləri doktoru.
Həmid Arzulu | |
---|---|
Doğum tarixi | (88 yaş) |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | dilçi, şair, yazıçı, tərcüməçi |
İstiqamət | şair, yazıçı, dilçi, tərcüməçi, dramaturq, alim, pedaqoq. Filologiya elmləri doktoru. |
Həmid Arzulu Naxçıvanda dünyaya gəlmişdir.
Tədqiqatçı Həsənalı Eyvazov 2005-ci ildə "H. Arzulunun yaradıcılığında tarixilik" adlı monoqrafiyasını nəşr etdirmişdir.
O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində fəaliyyət göstərmişdir. Onun ədəbi fəaliyyətinə əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə"[1] [ölü keçid] poeması, digər şeir və mənsur hekayələri aiddir.
H. Arzulu həm də yazıçı-dramaturq kimi fəaliyyət göstərmişdir. Onun Naxçıvan Dövlət Musiqili Dram Teatrında altı əsəri; dörd dram əsəri, bir komediyası və bir lirik-psixoloji pyesi tamaşaya qoyulmuş, iki dram əsəri ("Ürəyə qəsd" və "Dəfinə axtaranlar") Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qəbul edilmişdir.
Tarixi mövzuda Həmid Arzulunun bir sıra hekayələri ("Göy geyimli fateh", "Çinarlar qurumur", ("Qaya altında səs"), bir povesti ("Günahsız şikəstlər"), iki romanı ("Qaçaq Quşdan" və "Qara Xəncər") nəşr edilmişdir. Bununla yanaşı, "İnam", "Əlincə Qalası", və "İtilənən xəncərlər" pyesləri, "Qaçaq Quşdan", "Qara Xəncər" romanları və "Günahsız şikəstlər" povesti dərc olunmuşdur.
Alman dilindən alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfqanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladaları"nı, həmçinin Qothold Efraim Lessinqin "Emiliya Qalotti" faciəsini , "Minna fon Barnhell" komediyasını, Bertold Brextin "Təbaşir xaç" dramını, Stefan Sveyqin "Novellaları"nı Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
Həmid Arzulu 1988-ci ildə "Alman dilindən Azərbaycan dilinə bədii tərcümə zamanı poetik forma və üslubi xüsusiyyətlərin əks etdirilməsi prinsipləri" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi dərəcəsini almışdır. 2010-cu ildə "Alman klassik poeziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri"[2] [ölü keçid] mövzusunda elmlər doktorluğu üzrə elmi işini müdafiə edərək filologiya elmləri doktoru olmuşdur. Onun bu sahədə 30-dan çox elmi məqaləsi, monoqrafiyası, "600 alman – Azərbaycan atalar sözləri lüğəti" nəşr olunmuşdur.
Həmid Arzulu Naxçıvan MR əməkdar müəllimidir. Hal-hazırda o, Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidən hazırlanma üzrə prorektor vəzifəsində çalışır.
Yeni nəşr olunmuş əsərləri