. Love.az

Hemid Aslanov - Wikipedia - Love.az

Ana Səhifə - Hemid Aslanov

Həmid Piri oğlu Aslanov (1940, Biləv, Ordubad rayonu) — Geologiya-mineralogiya elmləri namizədi, alim.

Həmid Aslanlı
Həmid Piri oğlu Aslanlı
Doğum tarixi 1940
Doğum yeri
  • Biləv, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti geoloq

Həyatı

redaktə

1940-cı ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957–1960-cı illərdə həmin kənddəki kolxozda işləmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra 1970-ci ilədək Qazaxıstanda və Parağaçayda mühəndis-geoloq işləmişdir. 1972-ci ildə ADU-nun aspiranturasını bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. 1972–1990-cı illərdə Mərkəzi elmi-tədqiqatgeoloji-kəşfiyyat institutunda baş elmi işçi və laboratoriya müdiri işləyərək Qafqaz, Ural, Altay və Tyan-Şan ərazilərində elmi-tədqiqatlar aparmışdır. 1991-ci ildən sonra ğölkəmizin ayrı-ayrı bölgələrinin geoloji və geoekoloji problemlərinin araşdırılması, proqnozlaşdırılması və həlli ilə maşğul olmuşdur. 70 elmi və elmi-publisistik əsərin, o cümlədən 7 kitabın müəllifi və ya həmmüəllifidir. Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorudur.

Ailəlidir. Üç övladı, altı nəvəsi vardır.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həmid_Aslanlı&oldid=7990201"
LOVE.AZ