Həmid Dönməz (1899, Yelizavetpol – 1996) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü.
Həmid Dönməz | |
---|---|
Doğum tarixi | 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 1996 |
Fəaliyyəti | yazıçı |
Üzvlüyü |
Həmid Dönməz 1899-cu ildə Gəncədə anadan olub.[1][2] Bakıda Pedaqoji İnstitutda təhsil alıb. 1926-cı ildə əlliyə yaxın dostu və Türkiyədən gəlmiş müəllimləri ilə bir-Iikdə həbs edilib.[1] 8 aydan sonra azadlığa buraxıldıqdan sonra əvvəlcə İrana oradan isə Türkiyəyə keçib.[1] İğdırda yaşayıb və şeirləri əsasən Türkiyə mətbuatında çap olunub.
Azərbaycan müstəqilliyini yenidən elan etdikdən sonra 1991-ci ildə Azərbaycana gəlib.[3] Bakıda keçirilən mühacir Azərbaycan ədəbiyyatma həsr olunmuş simpoziumda iştirak edib.[1] Daha sonra Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.[1]