. Love.az

Hemmad Ibn Ebu Henife - Wikipedia - Love.az

Ana Səhifə - Hemmad Ibn Ebu Henife

Həmmad ibn Əbu Hənifə (ərəb. حماد بن أبي حنيفة‎; v. Kufə) və ya Əbu İsmayıl ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi əl-Hənəfi — Fiqh və hədis alimi. Əbu Hənifənin oğlu və tələbəsi.[1]

Həmmad ibn Əbu Hənifə
ərəb. حماد بن أبي حنيفة‎
Vəfat tarixi 785
Vəfat yeri Kufə, İraq
Uşağı İsmayıl ibn Həmmad ibn Əbu Hənifə
Atası Əbu Hənifə

Həyatı

redaktə

İmam Əbu Hənifənin yeganə oğlu və tələbisi olan Həmmad atasından fiqh öyrənmiş, hələ Əbu Hənifə sağ ikən fətva verməyə başlamışdır. Kəlam (əqidə) və hədis elmlərində mahir alim, zöhd və təqva ilə məşhurlaşmış şəxslərdəndir. Hədis alimləri (əhli hədis) tərəfindən güvənilən şəxs (siqa) kimi qəbul edilmişdir. Əbu Hənifənin məşhur "əl-Fiqhul-Əkbər" əsərini atasından o nəql etmişdir. Həmçinin Əbu Hənifənin əsaslandığı hədislərin cəm edildiyi müsnədlərdən birini də o nəql etmişdir. Qasım ibn Main əl-Kufidən sonra Kufə valisi təyin olunan[2] Həmmad ibn Əbu Hənifə 785-ci ilə vəfat etmişdir.[1]

Tələbələri

redaktə

Həmmadın tələbələri bunlardır:[2]

  • Xalid ibn Əbdürrəhman ibn Xalid ibn Sələmə Məhzumi,
  • İsmayıl ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi (böyük oğlu),
  • Ömər ibn Həmmad ibn Əbu Hənifə Numan əl-Kufi (oğlu).

İstinadlar

redaktə
  1. ↑ 1 2 Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Numan ibn Sabit. əl-Fiqhul-Əkbər (az.). Bakı: İpəlyolu Nəşriyyatı. 2014. 36. ISBN 978-9952-8221-7-5.
  2. ↑ 1 2 "حماد بن أبي حنيفة النعمان بن ثابت الكوفي". تراجم عبر التاريخ. 20.02.2025 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həmmad_ibn_Əbu_Hənifə&oldid=8125655"
LOVE.AZ