. Love.az

Hemmam Ibn Munebbih - Wikipedia - Love.az

Ana Səhifə - Hemmam Ibn Munebbih

Həmmam ibn Münəbbih və ya Əbu Ukbə Həmmam ibn Münəbbih ibn Kamil əs-Sənani (ərəb. همّام بن منبّه‎; 660[1][2] – 719[1][2]) — İlk yazılı hədis mətinlərindən olan "əs-Səhifətus-Səhihə" adlı məcmuanın müəllifi.[3] Tabiin nəslinə mənsubdur.[4]

Həmmam ibn Münəbbih
ərəb. همّام بن منبّه‎
Doğum tarixi 660[1][2]
Vəfat tarixi 719[1][2]
Atası Münəbbih ibn Kamil[d]
Fəaliyyəti mühəddis, ilahiyyatçı

Biorafiyası

redaktə

Həmmamın hicri 40-cı (660) ildə Yəməndə doğulduğu təxmin edilir. Bəzi mənbələrdə atası Münəbbihin yəmənli Seyf ibn Zuyezənin həbəşlərə qarşı kömək istəməsi üzərinə Sasani şahı I Xosrov tərəfindən göndərilən əsgərlərlə birlikdə Yəmənə gəlib orada məskunlaşdığı qeyd olunur. Bu səbəblə Həmmam əslən iranlı olub sonradan Yəməndə məskunlaşanların nəslindən olanlar üçün istifadə olunan "Əbnəvi" nisbəsi ilə də tanınır. Atası Münəbbih Məhəmməd peyğəmbərin dövründə müsəlman olmuşdur.

Həmmam İslam elmləri ilə məşğul olan bir ailəyə mənsub olub. Böyük qardaşı Vəhb, onun oğlanları Abdullah və Əbdürrəhman, eləcə də digər qardaşı Məqilin oğlanları Əbdüssəməd və Aqil hədis öyrənmiş və öyrətmişlər. Həmmam özü də gənclik illərində Mədinəyə gedərək Əbu Hüreyrədən hədis öyrənmiş və bu hədisləri "əs-Səhifətus-Sahihə" adlı məcmusunda cəmləmişdir.[5] O, həmçinin Müaviyə ibn Əbu Sufyan, Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömər kimi səhabələrdən də hədis nəql etmişdir. Ondan isə qardaşı Vəhb, qardaşının oğlanları Aqil və Məqil, eləcə də Məmər ibn Rəşid kimi alimlər hədis rəvayət etmişlər.

Həmmam Sənada vəfat etmişdir. Cənazə namazını Səna valisi Ömər ibn Əbdülhəmid qıldırmışdır. Ölüm tarixi kimi 101 (719), 102 (720) və 131 (749) illəri də göstərilir. Bütün mənbələr onun etibarlı bir mühəddis olduğu fikrində yekdildir. Həmmamın rəvayətləri Əhməd ibn Hənbəlin "əl-Müsnəd" əsərində, "Kütübi-sittə" və digər hədis kitablarında yer verilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 data.bibliotheken.nl (nid.).
  2. ↑ 1 2 3 4 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  3. ↑ "صحيفة همام بن منبه". 13.04.2025 tarixində arxivləşdirilib.
  4. ↑ "Hemmam b. Münebbih". 13.04.2025 tarixində arxivləşdirilib.
  5. ↑ "همام بن منبه". 13.04.2025 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həmmam_ibn_Münəbbih&oldid=8099597"
LOVE.AZ