. Love.az

Heqiqet Esgerzade - Wikipedia - Love.az

Ana Səhifə - Heqiqet Esgerzade

Həqiqət Eyvaz qızı Əsgərzadə (4 fevral 1944, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016).

Həqiqət Əsgərzadə
Doğum tarixi 4 fevral 1944(1944-02-04) (81 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti diktor
Fəaliyyət illəri 1966-cı ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20162016 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998

Həyatı

redaktə
  Xarici şəkil
  Xalq artisti Həqiqət Əsgərzadə

Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir.[1]

Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur.[1]

Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.[1]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 7 noyabr 2016[⇨]
  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 4 noyabr 1998[⇨]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Əsgərzadə Həqiqət Eyvaz qızı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin (10 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həqiqət_Əsgərzadə&oldid=7187979"
LOVE.AZ