. Love.az

Hesen Eliyev Gulesci - Wikipedia - Love.az

Ana Səhifə - Hesen Eliyev Gulesci
Eyni ad-soyadlı akademik üçün baxın: Həsən Əliyev (akademik).

Həsən Əliyev (14 noyabr 1989, Qazax) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi və məşqçisi, 2010-cu il Avropa Çempionatının və Dünya Çempionatının qalibi.[1]

Həsən Əliyev
Həsən Əliyev 2021-ci ildə
Həsən Əliyev 2021-ci ildə
Şəxsi məlumatlar
Tam adı Həsən Həsən oğlu Əliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 14 noyabr 1989(1989-11-14) (35 yaş)
Doğum yeri
  • Qazax, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1997—2019
Məşqçisi Vaqif Feyzullayev
Komandası Neftçi İdman Klubu
Medallar
Dünya Çempionatı
Qızıl 2010 Rusiya 60 Kq
Bürünc 2016 Macarıstan 60 Kq
Avropa Oyunları
Bürünc 2015 Azərbaycan 66 Kq
Avropa Çempionatı
Qızıl 2010 Azərbaycan 60 Kq
Bürünc 2011 Almaniya 60 Kq
Bürünc 2013 Gürcüstan 66 Kq
Gümüş 2014 Finlandiya 66 Kq
Bürünc 2016 Latviya 71 Kq
Dövlət təltifləri

3-cü dərəcəli "Əmək" ordeni — 20242024 "Tərəqqi" medalı — 20152015

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Həsən Əliyev 2006-cı ilin iyulunda İstanbulda yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[2] 2007-ci il ərzində gənclər arasında Dünya və Avropa Çempionatlarında uğursuz çıxış edən Həsən Əliyev 2008-2010-cu illərdə Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atdı.[2]

Həsən Əliyev 2008-ci ilin iyulunda Kosiçe şəhərində gənclər arasında Avropa Çempionatının qalibi oldu.[2] Həsən Əliyev 2009-cu ilin iyununda növbəti dəfə gənclər arasında Avropa Çempionatının qalibi olan Həsən Əliyev həmin ilin avqustunda gənclər arasında Dünya Çempionatının da qızıl medalına sahib oldu.[2]

Karyerasının zirvəsu isə 2010-cu ildə oldu.[2] Həsən Əliyev ilin əvvəlində, yanvarda İstanbul şəhərində Vəhbi Əmri Turnirinin, martda isə Sombatxey şəhərində Macarıstan Qran-Prisinin qalibi oldu.[2] Apreldə Azərbaycanda baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanan Həsən Əliyev Avropa çempionu adına sahib oldu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirində də qızıl medala sahib olan Həsən Əliyev sentyabrda Rusiyada baş tutan Dünya Çempionatında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.[2] Bir il ərzində Dünya və Avropa Çempionatıda daxil olmaqla mübarizə apardığı bütün beynəlxalq turnirlərdə qələbə qazanan Həsən Əliyev Dünya və Avropa çempionu olan birinci azərbaycanlı yunan-roma güləşçisi oldu.[2]

2011-ci ildə Həsən Əliyev Almaniyanın Dortmund şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Həsən Əliyev sentyabrda İstanbul şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.[2]

Həsən Əliyev 2012-ci ildə də uğurlu çıxış eləmədi.[2] Yanvarda İstanbul Qran-Prisini 11-ci pillədə başa vuran Həsən Əliyev iyunda Almaniya Qran-Prisinin gümüş medalına sahib oldu.[2] Avqustda isə Həsən Əliyev Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi.[2]

−60 Kq. turnirində çıxış edən 22 yaşlı Həsən Əliyev Dünya və Avropa Çempionatlarının qalibi idi və Azərbaycan yığmasının əsas medal ümidlərindən biri hesab olunurdu.[2] Həsən Əliyev olimpiadanın 1/8 final mərhələsində Norveç nümayəndəsi Stig Andre-Berge ilə üz-üzə gəldi.[3] Görüşün birinci hissəsində Əliyev 1:0, növbəti hissəsində isə Berge 1:0 hesabları ilə qalib gəldi.[3] Həlledici hissədə isə Həsən Əliyev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və nəticədə turnirin 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi 2004-cü il Afina Olimpiadasının qalibi Cənubi Koreya nümayəndəsi Yun Yu-Hyun oldu.[3] Həmin görüşdə Həsən Əliyev rəqibinə 2:0 (2:0, 1:0) hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[3] Finala gedən yolda onun rəqibi Avropa Çempionatının qalibi Gürcüstan nümayəndəsi Revaz Laşxi oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Əliyev 1:0, növbəti hissəsində isə Laşxi 4:0 hesabları ilə qalib gəldi.[3] Həlledici hissədə isə rəqibinə minimal hesabla məğlub olan Həsən Əliyev mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[3] Bu görüşdə onun rəqibi Rusiya nümayəndəsi Zaur Kuraməhəmmədov oldu.[3] Nəticədə Həsən Əliyev rəqibinə 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və London Olimpiadasını beşinci pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Həsən Əliyev Qızıl Qran-Pri beynəlxalq turnirini onuncu pillədə başa vursa da, 2012-ci ili Rusiyada Oleq Karavayev beynəlxalq turnirinin qalibi olmaqla başa vurdu.[2]

Həsən Əliyevin uğursuz çıxışı 2013-cü ildə də davam etdi.[2] Martda Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib olan Həsən Əliyev iyulda İspaniya Qran-Prisinin qalibi olsa da, sentyabrda Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını beşinci pillədə başa vurdu.[2]

2014-cü ildə isə Həsən Əliyev apreldə Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[2] İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Həsən Əliyev sentyabrda Dünya Çempionatında növbəti dəfə medalın bir addımlığında məğlub olaraq turniri beşinci pillədə başa vurdu.[2]

2015-ci il də Həsən Əliyev üçün uğurlu olmadı.[2] İyunda Azərbaycanda baş tutan Avropa Oyunlarının bürünc medalına sahib olan Həsən Əliyev sentyabrda Dünya Çempionatını 30-cu pillədə başa vurdu.[2] Noyabrda Qızıl Qran-Pri beynəlxalq turnirində də uğursuz çıxış edən Həsən Əliyev turnirin bürünc medalına sahib oldu.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Həsən Həsən oğlu Əliyev "Tərəqqi" medalı ilə təltif edildi.[4]

2016-cı ilin martında Latviyanın Riqa şəhərində Avropa Çempionatının bürünc medalına sahib olan Həsən Əliyev sentyabrda hərbçilər arasında Dünya Çempionatının, noyabrda da Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] İlin sonunda isə Macarıstamın Budapeşt şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu.[2]

2017-ci ildə isə Həsən Əliyev üçün uğursuz oldu.[2] Martda İstanbulda Vəhbi Əmri beynəlxalq turnirinin bürünc medalına sahib olan Həsən Əliyev həmin il Dünya və Avropa Çempionatlarını müvafiq olaraq 7-ci və 26-cı pillələrdə başa vurdu.[2]

2018-ci ildə Həsən Əliyevin yeganə uğuru mayda Rusiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının qalibi olmaq oldu.[2] 2019-cu ildə isə Həsən Əliyev Çində Hərbçilərin Dünya Oyunlarının gümüş medalına sahib olduqdan sonra idmanla vidalaşdı.[2]

Karyerasını başa vurduqdan sonra Həsən Əliyev yunan-roma güləşi üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışdı.

Nəticələri

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2006
Yeniyetmələrin Avropa Çempionatı   Türkiyə
2.
2
2007
Gənclərin Avropa Çempionatı   Serbiya
12.
3
Gənclərin Dünya Çempionatı   Çin
15.
4
2008
Gənclərin Avropa Çempionatı   Slovakiya
1.
5
2009
Gənclərin Avropa Çempionatı   Gürcüstan
1.
6
Gənclərin Dünya Çempionatı   Türkiyə
1.
7
2010
Vəhbi Əmri Turniri   Türkiyə
1.
8
Macarıstan Qran-Prisi   Macarıstan
1.
9
Avropa Çempionatı   Azərbaycan
1.
10
Qızıl Qran-Pri   Azərbaycan
1.
11
Dünya Çempionatı   Rusiya
1.
12
2011
Avropa Çempionatı   Almaniya
3.
13
Qızıl Qran-Pri   Azərbaycan
1.
14
Dünya Çempionatı   Türkiyə
7.
15
2012
İstanbul Qran-Prisi   Türkiyə
11.
16
Almaniya Qran-Prisi   Almaniya
2.
17
Olimpiya Oyunları   Birləşmiş Krallıq
5.
18
Qızıl Qran-Pri   Azərbaycan
10.
19
Oleq Karavayev Turniri   Rusiya
1.
20
2013
Avropa Çempionatı   Gürcüstan
3.
21
İspaniya Qran-Prisi   İspaniya
1.
22
Dünya Çempionatı   Macarıstan
5.
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
23
2014
Avropa Çempionatı   Finlandiya
2.
24
Qızıl Qran-Pri   Azərbaycan
1.
25
Dünya Çempionatı   Özbəkistan
5.
26
2015
Avropa Oyunları   Azərbaycan
3.
27
Dünya Çempionatı   ABŞ
30.
28
Qızıl Qran-Pri   Azərbaycan
3.
29
2016
Avropa Çempionatı   Latviya
3.
30
Hərbçilərin Dünya Çempionatı   KYRM
1.
31
Qızıl Qran-Pri   Azərbaycan
1.
32
Dünya Çempionatı   Macarıstan
3.
33
2017
Vəhbi Əmri Turniri   Türkiyə
3.
34
D. Kolov - N. Petrov Turniri   Bolqarıstan
7.
35
Avropa Çempionatı   Serbiya
7.
36
Dünya Çempionatı   Fransa
26.
37
2018
Kiyev Turniri   Ukrayna
3.
38
Hərbçilərin Dünya Çempionatı   Rusiya
1.
39
Vəhbi Əmri Turniri   Türkiyə
5.
40
2019
Kiyev Turniri   Ukrayna
11.
41
G. Kartozia & V. Balavadze Turniri   Gürcüstan
3.
42
Hərbçilərin Dünya Oyunları   Çin
2.

İstinadlar

redaktə
  1. ↑ Olympedia.org. "Həsən ƏLİYEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 International Wrestling Database. "HASAN ALIYEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2016-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Lightweight (60 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
  4. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həsən_Əliyev_(güləşçi)&oldid=7910138"
LOVE.AZ