. Love.az

Hesen Basri Sonmez - Wikipedia - Love.az

Ana Səhifə - Hesen Basri Sonmez

Həsən Basri Sönməz (1974, İsparta ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Həsən Basri Sönməz
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — İsparta
Şəxsi məlumatlar
Doğum tarixi 1974
Doğum yeri
  • İsparta ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • MHP
Təhsili
  • İsparta Tətbiqi Elmlər Universiteti[d]

Həyatı

redaktə

Həsən Basri Sönməz 1974-cü ildə İsparta ilinin Yalvaç ilçəsində anadan olub. İsparta Tətbiqi Elmlər Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.[1]

İş adamı olaraq çalışıb. Ailə peşəsi olan dəri sənayesində, həmçinin xaricdə turizm, qida və inşaat sahələrində çalışıb.[1]

2023-cü ildə MHP namizədi olaraq İsparta ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 TBMM. "Hasan Basri SÖNMEZ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həsən_Basri_Sönməz&oldid=7498895"
LOVE.AZ