. Love.az

Hesen Enami Tebrizi - Wikipedia - Love.az

Ana Səhifə - Hesen Enami Tebrizi

Enami Oliya Həsən Əli Abbas oğlu — opera müğənnisi, Xalq artisti və Prezident mükafatçısı.[1]

Həsən Enami Təbrizi
Enami Oliya Həsən
Doğum tarixi 1967
Doğum yeri Təbriz
Vətəndaşlığı Azərbaycan
Həyat yoldaşı Nərminə Əfəndiyeva
Milliyyəti Azərbaycanlı
İxtisası Opera musiqisi
Təhsili Bakı Musiqi Akademiyası
Fəaliyyəti Opera musiqisi sahəsi
Fəaliyyət illəri 1992-ci ildən
Tanınır Musiqi sahəsində
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20022002

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Təhsili
  • 4 Musiqiçi olması
  • 5 Mükafatları
  • 6 Fəaliyyəti
    • 6.1 Opera repertuarı
  • 7 İstinadlar

Həyatı

redaktə

Həsən Enami 1967-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuşdur.[2] Azərbaycan Musiqi Antologiyasına əsasən müasir dövrdə Azərbaycanın ən məşhur opera sənətçilərindən biridir.[3]

Ailəsi

redaktə

Azərbaycanın məşhur piano ifaçısı Nərminə Əfəndiyeva ilə evlidir. Biri qız, biri oğlan olmala iki övladları vardır.

Təhsili

redaktə

1972-ci ildə ibtidai sinifə daxil olmuşdur. 1981–1985-ci illərdə Vəhdət İnturimental məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra isə hərbi xidmətə yollanmış və 1988-ci ildə xidmətini tamamlamışdır.

Musiqiçi olması

redaktə

Uşaqlığından bəri musiqiyə qarşı heyranlıq hiss olmuş, lakin İran İslam İnqilabının musiqini qadağan etməsinə görə peşəkar musiqi təhsili almaq şansı olmamışdır. 14 yaşında ikən o video yazılardan Azərbaycan musiqisini öyrənməyə başlamışdır.[2]

1988-ci ildə hökumət özəl musiqi məktəblərinin açılmasına icazə verdi. Belə məktəblərdən birinə yazılan Həsən, burada musiqi nəzəriyyəsini və solfeggionu öyrəndi.

3 tenor konsertində iştirakından sonra opera oxumağa qərar vermiş və 1990-cı ildə təhsil almaq üçün Bakıya gəlmişdir. 2 il keçdikdən sonra Bakı Musiqi Akademiyasının vokal sinfinə qəbul ola bilmişdir. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tərəfindən səsi çox bəyənilən Həsən burada pulsuz təhsil almışdır.

Mükafatları

redaktə
  • Azərbaycan Respublikasının incəsənət xadimlərinə veirlən ən ali mükafatı olan Xalq artısti fəxri adına layiq görülmüşdür.
  • 1997-ci ilin dekabrında Bülbül adına 1-ci beynəlxalq vokal müsabiqəsində 2-ci yer mükafatçısı və ən yaxşı tenor adına layiq görülmüşdür.
  • 1997-ci ildə Vokalçıların respublika üzrə müsabiqəsində birinci yerin sahibi olmuşdur.
  • 1998-ci ildə isə Çaykovski adina beynəlxalq müsabiqənin diplomuna layiq görülmüşdür.
  • 2002-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
  • Prezident mükafatçısıdır.

Fəaliyyəti

redaktə

Həsən Enami hazırda teatrın repertuarında olan bir sıra tamaşalarda tenor səs tembiri üçün nəzərdə tutulmuş partiyaları ifa edir və dövlət səviyyəsində keçirilən bir çox yubiley və rəsmi mərasimlərdə uğurla çıxış edir. Azərbaycan vokal sənətini Almaniya, Fransa, Rusiya, BƏƏ, Ukrayna, Finlandiya, Türkiyə, Boliviyada təmsil etmişdir.

Həsən Enami opera müğannisi olmaqla yanaşı, Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə solist kimi də çıxış edir.

Opera repertuarı

redaktə
  • Cüzeppe Verdi, Mantua hersoqu, (Riqoletto)
  • Cüzeppe Verdi, Alfredo, (Traviata)
  • Cüzeppe Verdi, Radames, (Aida)
  • Cüzeppe Verdi, Manriko, (Il trovatore)
  • Cüzeppe Verdi, Rikkardo, (Un ballo in maschera)
  • Giakomo Puccini, Kavaradossi, (Toska)
  • Giakomo Puccini, Pinkerton, (Madam Batterflay)
  • Giakomo Puccini, Rudolfo, (Bohema)
  • Corc Bizet, Don Xose, (Karmen)
  • Ruqqero Leonkavallo, Kanio, (Paqliacci)

İstinadlar

redaktə
  1. ↑ "Hasan Anami Olya". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
  2. ↑ 1 2 "Enami Oliya Həsən Əli Abbas oğlu". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
  3. ↑ "İRAN AZƏRBAYCANLILARI II HISSƏ : XX ƏSRDƏ". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həsən_Enami_Təbrizi&oldid=7818953"
LOVE.AZ