. Love.az

Hesen Merac - Wikipedia - Love.az

Ana Səhifə - Hesen Merac

Həsən Merac – milli azadlıq hərəkatı fəalı, "Sabir" Yazarlar Ocağının başqanı, şair-publisist.

Həsən Merac
Doğum tarixi 10 oktyabr 1952
Doğum yeri Naxçıvan
Vəfat tarixi 25 yanvar 2010 (57 yaşında)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti montajçı[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 Kitabları
  • 4 Mənbə

Həyatı

redaktə

Həsən Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və Moskva Kinematoqrafiya İnstitutunu bitirib.

1978-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və "Azkinovideo" Birliyində redaktor kimi çalışıb. "Tanıtım" qəzetində, həmçinin digər bəzi nəşrlərə baş redaktorluq edib. Milli Məclisin aparatında çalışıb.

2000-ci ildə "Sabir" Yazarlar Ocağını yaradıb və ömrünün sonuna qədər onun başqanı olub.

1990-cı ilin ortalarından mətbuatda şeirləri vaxtaşırı çap olunub. "Qobustan", "Ulduz", "Azərbaycan" və başqa dərgilərlə əməkdaşlıq edib, Rusiya, Ukrayna və Çexoslovakiyada şeirlər toplusu işıq üzü görüb.

"Şairlər qərib olur bu yer üzündə" adlı şeir kitabı 1993-cü ildə nəşr olunub.

2000-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvü və VHP-nin İcra Aparatının əməkdaşı olub.

2001-ci ildə “Sabir” Yazarlar Ocağını təsis edib, ömrünün sonuna kimi ocağın başqanı olub.

2010-cu il 25 yanvarda vəfat edib.

Filmoqrafiya

redaktə
  1. Karvan (film, 1995)

Kitabları

redaktə
  • "Şairlər qərib olur bu yer üzündə" (şeirlər). 1993.

Mənbə

redaktə
  • Şair Həsən Merac vəfat edib *
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həsən_Merac&oldid=8104710"
LOVE.AZ