Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 23 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Həsən bəy Həsən bəy oğlu Fətəlibəyov — Rusiya çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun hərbi xadimi.
Həsən bəy Fətəlibəyov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ətyeməzli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Həyat yoldaşı | Ədilə xanım |
Uşaqları | Leyla xanım, Ənvər bəy |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Atlı qoşun |
Rütbəsi | Uryadnik |
Döyüşlər |
Rus-yapon müharibəsi Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) |
Təltifləri |
![]() |
Həsən bəy Fətəlibəyov 18 dekabr 1886-cı ildə Şuşa qəzasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olub. Zaqafqaziya (Qori) Seminariyasının Tatar-Azərbaycan şöbəsini 5 mart 1916-cı ildə, 271 saylı şəhadətnamə ilə bitirib. Şəxsi işində ailə tərkibi də qeydə alınmışdır: 12 aprel 1896-cı ildə anadan olan arvadı Ədilə xanım, 4 dekabr 1913-cü ildə anadan olan qızı Leyla xanım, 2 mart 1915-ci ildə anadan olan oğlu Ənvər bəy.
29 oktyabr 1917-ci ildə Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunub. 23 noyabr və 5 dekabr Müsəlman Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 4 yanvar 1918-cu ildə uryadnik rütbəsi verilib və general-leytenant Əli ağa Şıxlinskinin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilib. 1-ci Tatar-Azərbaycan süvari alayının kollec registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərəcəli könüllü əsgər olub.
4 yanvar 1919-cu ildə ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub.