Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent.
Həyat Əliyeva | |
---|---|
Həyat Şmidt qızı Əliyeva | |
Doğum tarixi | (56 yaş) |
Doğum yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi |
Təhsili | |
ica.az |
Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998–2009) kiçik elmi işçi, (2009–2010) elmi işçi, (2010–2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə "Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H. Ş. Əliyevaya "Neft kimyası" ixtisası üzrə dosent adı verilmişdir.
H. Ş. Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr — aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir. Metalların mexaniki emalı proseslərində geniş tətbiq olunan emulsiya əsaslı, çoxfunksiyalı, azkomponentli YSM kompozisiyası (Azerol-4) işlənib hazırlanaraq B. Sərdarov adına maşınqayırma zavodunda tətbiq üçün tövsiyə olunmuşdur; Qızılı stafilokokk və bağırsaq çöplərinə qarşı AKİ-1 antimikrob kompozisiyası işlənib hazırlanaraq Baytarlıq İnstitutunda sınaqdan keçirilmişdir; H. Ş. Əliyeva Respublika üçün önəmli olan bir sıra aktual layihələrin yerinə yetirilməsində fəal iştirak etmişdir. CRDF (U. S. Civilian Research and Development Foundation) tərəfindən maliyyələşən "Azkomponentli, ekoloji təmiz və biostabil YSM kompozisiyalarının işlənib hazırlanması" layihəsinə rəhbərlik etmişdir. Ukrayna Elmi-Texnoloji Mərkəzinin (STCU) və Mülki tədqiqatlar və İnkişaf Fondunun (CRDF) maliyyələşdirdiyi bir neçə layihə yerinə yetirilmişdir:
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı" üzrə işlər aparılmışdır.
H. Ş. Əliyeva **** elmi əsərin, o cümlədən **** məqalə və **** Azərbaycan patentinin müəllifidir.
H. Ş. Əliyeva hal-hazırda Xırdalan şəhər 9 saylı tam orta məktəbdə kimya fənni üzrə müəllimlik fəaliyyəti göstərir
AMEA-nın rəsmi saytında kimya üzrə fəlsəfə doktoru Həyat Əliyeva haqqında məlumat