Həyat Elmləri və Biotibb — Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis olunmuş beynəlxalq elmi-tədqiqat jurnalıdır.
Həyat Elmləri və Biotibb Jurnalı | |
---|---|
![]() | |
Baş redaktor | Əhliman Əmiraslanov |
Məsul redaktor | Nurməmməd Mustafayev |
Dövrilik | ildə 2-3 dəfə |
Nəşriyyat | Elm |
Təsisçi | AMEA |
Təsis tarixi | 1945 |
İlk buraxılışı | 1945 |
Ölkə |
![]() |
Dil | ingilis |
ISSN | 2078-3388 |
OCLC nömrəsi | 834995989 |
Həyat Elmləri və Biotibb Jurnalı (əvvəlki adı - AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri )) 1945-ci ildən nəşr olunur.[1]. Jurnal 1945-2019-cu illərdə “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” adı altında nəşr olunmuş və indiyə kimi 73 cildi capdan çıxmışdır. Jurnalın hazırkı adı AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli 13/8 saylı qərarı ilə, redaksiya heyəti isə AMEA Rəyasət Heyətinin 16 oktyabr 2019-cu il tarixli 14/1 saylı qərarı ilə təsdiq edilmişdir. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 25 dekabr 2019-cu il tarixində 4280 saylı qərarla qeydiyyata alınmışdır. Jurnalın məqsədi müasir biologiya, bioinformatika, biotexnologiya, tibb, kənd təsərrüfatı, torpaqşünaslıq, ətraf mühit və s. elm sahələrinin müxtəlif aspektlərinə aid resenziya olunan orijinal tədqiqat məqalələrini, elmi məruzələri, icmalları elmi nəşrlər üçün dünyada qəbul edilmiş prinsip və qaydalara uyğun şəkildə dərc etməkdir. Jurnal yalnız ingilis dilində yazılmış məqalələri çapa qəbul edir.[2]