. Love.az

Hezi Aslanov Polis - Wikipedia - Love.az

Ana Səhifə - Hezi Aslanov Polis
Bu adın digər istifadə formaları üçün bax: Həzi Aslanov (dəqiqləşdirmə).

Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru

Həzi Aslanov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi
Vəzifədədir
5 noyabr 2019-cu ildən
ƏvvəlkiHeydər Heydərov
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi
sentyabr 2005 – 5 noyabr 2019
ƏvvəlkiRamiz Nağıyev
Sonrakıİslam Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Atası Arif Aslanov
Rütbəsi
Polis general-mayoru
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq elmləri üzrə fəlsəfə doktoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20082008 "Vətən uğrunda" medalı — 20182018

Həyatı

redaktə
  • Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
  • 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
  • 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.[1][2][3]
  • Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir.

Təltif və mükafatlar

redaktə

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ "AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ". insanalveri.gov.az.
  2. ↑ "Həzi Aslanov: "İnsan alveri ilə mübarizədə görülməli işlər çoxdur"". Apa.az.
  3. ↑ "General Həzi Aslanov 17 il ərzində insan alveri qurbanı olanların sayını açıqladı". oxu.az.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həzi_Aslanov_(polis)&oldid=8143938"
LOVE.AZ