. Love.az

Hezre Qebele - Wikipedia - Love.az

Ana Səhifə - Hezre Qebele
Bu adın digər istifadə formaları üçün bax: Həzrə.

Həzrə kəndi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır[1]

Həzrə
40°54′21″ şm. e. 47°57′28″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 403 nəf. (2009)
Xəritəni göstər/gizlə
Həzrə xəritədə
Həzrə
Həzrə

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir.[2]

Tarixi

redaktə

Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur.[3]

Tarixi abidələri

redaktə

Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.[3]

Kənddə meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbiristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələr Şirvan-Abşeron memarlıq məktəbinə aid türbələrdən və sənduqələrdən ibarətdir. Türbələrin portallarında və sənduqələrin üzərində kitabələr həkk olunmuşdur. Qəbiristanda dörd türbə vardır:

  • Şeyx Bədrəddin türbəsi (1446-cı il);
  • Şeyx Mənsur türbəsi (XVI əsr);
  • Şeyx Məhəmməd türbəsi (XV əsr) — Həzrə (Qəbələ) ərazisində yerləşir. Şeyx Məhəmməd türbəsində aparılan bərpa işləri zamanı onun inşaat kitabəsi tapılıb və yenidən divara hörülüb. İki sətirdə iki parça daşda süls elementli nəsx xəttilə yazılmış kitabənin məzmunu belədir. “Bu şərəfli imarət münəvvər şeyx, Şeyx Məhəmməd ibn Şeyx Barikin işıqlı qəbri üzərində sultan oğlu sultan, Əbulmüzəffər Şah Təhmasibin hökmranlığı zamanı tikildi. 970 (1562/1563-cü il)”
  • Türbə (XVI əsr).

Coğrafiyası və iqlimi

redaktə

Kənd Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 14 km. şərqdə yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 403 nəfər əhali yaşayır.[4]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  2. ↑ Həzrə (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. ↑ 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Həzrə_(Qəbələ)&oldid=8143663"
LOVE.AZ