. Love.az

Hasim Ibn Abdullah - Wikipedia - Love.az

Ana Səhifə - Hasim Ibn Abdullah

Haşim ibn Abdullah (ərəb. هاشم بن عبد الله‎; 30 yanvar 2005, Amman) — IV İordaniya kralı II Abdullahın oğullarından biri, taxt vəliəhdi.

Haşim ibn Abdullah
ərəb. هاشم بن عبد الله‎
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 2005(2005-01-30) (20 yaş)
Doğum yeri
  • Amman, İordaniya
Təhsili
  • Corctaun Universiteti
Atası II Abdullah
Anası Raniyə əl-Abdullah
Ailəsi Haşimilər

2005-ci ildə Ammanda dünyaya gəldi.[1] Atası, özüylə eyni gündə dünyaya gələn İordaniya kralı II Abdullah, anası isə kraliça Raniyadır. Orta təhsilini İordaniyada yatılı bir məktəbdə alan Haşim ibn Abdullah 2023-cü ildə məzun oldu.[2] Həmin il valideynlərinin rəsmi İspaniya ziyarətində iştirak etdi.[3] Daha öncə atasının rəsmi Misir və Bəhreyn ziyarətlərində də iştirak etmişdir.

Atasının yoxluğunda dövlət idarəsini ələ almaq məqsədilə 14 avqust 2023-cü ildə ilk dəfə naib olaraq and içdi.[4] Hal-hazırda ABŞ-da Corctaun Universitetində təhsilini davam etdirən[5] Haşim ibn Abdullah atasının İtaliya ziyarəti səbəbilə, 14 iyun 2024-cü ildə ikinci dəfə naib olaraq and içdi.[6]

6 sentyabr 2021-ci ildə İordaniya Silahlı Qüvvələrinə ikinci dərəcəli leytenant rütbəsi ilə daxil oldu.

İstinadlar

redaktə
  1. ↑ "Royal News: The Latest Photos & Exclusives". HELLO! (ingilis). 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  2. ↑ "Jordan Royal Family: Prince Hashem Graduates High School" (ingilis). 2023-05-25. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  3. ↑ "ammonnews : King meets Spain monarch in Madrid". Ammon News (ingilis). 2023-06-20. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  4. ↑ "ammonnews : For first time .. Prince Hashem sworn in as Regent". Ammon News (ingilis). 2023-08-14. 2024-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-01.
  5. ↑ Royal, Tal (24 September 2023). "Images: Crown Prince Al Hussein and Princess Rajwa Visit Prince Hashem at University | Washington, DC | Fri Sep 22 2023" Arxiv surəti 17 dekabr 2023 tarixindən Wayback Machine saytında. Monarch Ledger
  6. ↑ "King departs for Italy to attend G7 Summit". Arxiv surəti 15 iyun 2024 tarixindən Wayback Machine saytında en.royanews.tv
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Haşim_ibn_Abdullah&oldid=7983405"
LOVE.AZ