. Love.az

Haci Huseyn Efendiyev - Wikipedia - Love.az

Ana Səhifə - Haci Huseyn Efendiyev

Hacı Hüseyn Əfəndiyev (1893, Göyçay – 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar Partiyasının üzvü.

Hacı Hüseyn Əfəndiyev
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü
15 dekabr 1918 – 27 aprel 1920
Şəxsi məlumatlar
Doğum tarixi 1893
Doğum yeri
  • Göyçay, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1920
Vəfat yeri
  • Bakı, Bakı qəzası
Partiya
  • Əhrar Partiyası
Fəaliyyəti siyasətçi

Aprel işğalından sonra 27 yaşında bolşeviklər tərəfindən güllələnib.

Mündəricat

  • 1 Haqqında
  • 2 Xatirəsi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
    • 4.1 Ədəbiyyat

Haqqında

redaktə

Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev 1893‐cü ildə Göyçayda anadan olub. Əhrar partiyasının üzvü olub.[1][2] Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Göyçay qəzasından Azərbaycan Cümhuriyyəti parlamentinə seçilib.[3][4] 1918-ci il dekabrın 15-dən 1920-ci il aprelin 27-ə qədər parlamentin deputatı olub.[5][6]

1919 il fevralın 4-də torpaq islahatı haqqında Azərbaycan Cümhuriyyəti Parlamentinin qanun layihəsini hazırlamaq üçün Səməd ağa Ağamalıoğlu başda olmaqla Parlament komissiyası yaradıldı. Komissiyanın 9 nəfər üzvündən Hacı Hüseyn Əfəndiyev olub.[7]

1920-ci ilin mart ayında ermənilərin Qarabağda dövlət əleyhinə başladıqları qiyamın yatırılmasında iştirak edib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra həbs olunub. 7 saylı xüsusi şöbənin müstəntiqinin 1920-ci il 3 iyun tarixli qərarı ilə güllələnməyə məhkum edilib.[5] Güllələnərkən 27 yaşı olub.[5]

Azərbaycan Respublikası Prokurorluğu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989-01-16 tarixli "1930–40 və 50 illərin əvvəllərində represiya qurbanları haqqında ədalətin bərpa edilməsi barədə əlavə tədbirlər haqqında" fərmanının I maddəsinə əsasən, Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevə 1993-cü il yanvarın 5-də bəraət verilib.[8]

Xatirəsi

redaktə

Sovet işğalında qədər Hacı Hüseyn Əfəndiyevin Göyçay şəhərinin mərkəzində "İqbal" adlı kitab və dəftərxana ləvazimatı mağazası fəaliyyət göstərib.[9] Işğaldan sonra həm mağazası həm də ikimərtəbəli evi müsadirə olunub.[10] Sonrakı illərdə evində dəri zöhrəvi dispanser fəaliyyət göstərib.[9][10]

Hacı Hüseyn Əfəndiyev haqqında 2024-cü ildə Məhərrəm Zülfüqarlının müəllifi olduğu "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev" adlı kitab nəşr edilib.[11]

Həmçinin bax

redaktə
  • Əhrar Partiyası
  • Aslan bəy Qardaşov

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 165. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  2. ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab (PDF). Bakı: Mütərcim. 2018. səh. 117.
  3. ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (stenoqrafik hesabatlar) (az.). I. Bakı: Azərbaycan nəşriyyatı. 1998. 33. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  4. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 348. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  5. ↑ 1 2 3 Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 6. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  6. ↑ Zülfüqarlı, Məhərrəm. Göyçay tarixi (az.). Bakı. 163. ISBN 978-9952-37-815-3. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  7. ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 127. ISBN 9952-417-14-2. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  8. ↑ Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 7. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  9. ↑ 1 2 "ƏFƏNDİYEV Hacı Hüseyn Hacı Abdulla oğlu". goychay-encyclopedia.az. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  10. ↑ 1 2 Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 35. 2024-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
  11. ↑ "Cümhuriyyət qurucularına həsr edilən yeni kitab". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2024-05-27. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.

Ədəbiyyat

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (az.). I. Bakı: Lider nəşriyyatı. 2004. 440. ISBN 9952-417-14-2.
  • Zülfüqarlı, Məhərrəm. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları: Göyçaylı deputat Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyev (az.). Bakı: Mütərcim. 2024. 76.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Hüseyn_Əfəndiyev&oldid=7822569"
LOVE.AZ