Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Hacı Heybət məscidi | |
---|---|
| |
![]() | |
40°22′02″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Status | Yerli əhəmiyyətli abidə |
Şəhər |
![]() |
Yerləşir | 8-ci Kiçik Qala döngəsi, 10, İçərişəhər, Səbail |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Hacı Heybət ibn Əmir Əli |
Tikilmə tarixi | 1791 / h. 1206 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 2167 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
![]() |
Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur.
Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memar Hacı Heybət Əmirəli oğlu tərəfindən tikilmişdir.[1][2]
Kiçik olub yaşayış məhəllələrinin cərgəsinə daxildir. Planda dördbucaq şəklindədi. Kvadrat formalı vestibüldən, xidməti otaqdan və taxçalı ibadət zalından ibarətdir. Məscidin memarlıq-konstruktiv quruluşu yerli üslubların sarsılmazlığını qoruyaraq və onlara sadiq qalaraq daş qübbələrdən və çatma formalı tağlardan ibarətdir. Sadə ifadə olunmuş taclı giriş və "Quran" məzmunlu, eləcə də memar haqqında məlumat verən epiqrafik yazı məscidin yüksək dəyərini göstərir. İbadət zalının interyerində, künclərin birində memarın və onun həyat yoldaşının məzarı yerləşir.