. Love.az

Haci Mohsun Xan Emini - Wikipedia - Love.az

Ana Səhifə - Haci Mohsun Xan Emini

Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi.

Hacı Mirzə Möhsün xan Əmini
Hacı Mirzə Möhsün xan Mirzə Əli xan oğlu Əmini
Doğum tarixi 1873
Doğum yeri Tehran, İran
Vəfat tarixi 1924
Vəfat yeri Tehran, İran
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi.

Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı.

Ailəsi

redaktə

Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar.

Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu. Əli xan, Məhəmməd xan, Əhməd xan, Rza xan adlı оğulları, Məsumə xanım adlı qızı vardı.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Möhsün_xan_Əmini&oldid=6218988"
LOVE.AZ