. Love.az

Haci Mehemmedeli Xan Zernavi - Wikipedia - Love.az

Ana Səhifə - Haci Mehemmedeli Xan Zernavi

Hacı Məhəmmədəli xan (1682 – 1763, Ağsu) — 1747-ci ildən 1761-ci ilə kimi Yeni Şamaxıda hakimiyyət sürən Şirvan xanı.

Hacı Məhəmmədəli xan
Şirvan xanı
(Yeni Şamaxıda)
1747 – 1761
SonrakıAğası xan və Məhəmmədsəid xan
Şəxsi məlumatlar
Doğum tarixi 1682
Vəfat tarixi 1762
Vəfat yeri
  • Ağsu, Azərbaycan
Atası Sufi Nəbi
Uşağı Manaf Zərnəvai

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyətinin sonu
  • 3 Ailəsi
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Təxminən 1682-ci ildə Sufi Nəbi Zərnəvainin ailəsində doğulmuşdur.[1] 1747-ci ildə Nadir şah Əfşar tərəfindən Yeni Şamaxının hakimi kimi təsdiqlənmişdir. Zərnava kəndindən Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizə aparırdı.[2]

1749-cu ildə şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək üçün razılığa gəlmişdi. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi.[3]

Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. 1755-ci ildə Hacı Çələbi xan çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi.[2] Hacı Məhəmmədəli ilə Hüseynəli xanın birləşmiş qüvvələri Hacı Çələbini məğlub edə bilirlər. Lakin 1758-ci ildə Qubalı Hüseynəli xanın ölümü ilə əlaqədar yaranan qarışıqlıqdan istifadə edən Sərkərlər ailəsindən Ağarəzi bəy dərhal Qubanın Bərmək mahalını qarət edir və 200 ailəni özü ilə Şirvan xanlığına köçürür. Buna cavab olaraq Fətəli xan Şamaxıya hərəkət edəndə Ağarəzi bəy onun qarşısına çıxır və şəhərin yaxınlığında məğlub edilərək öldürülür.[2]

Hakimiyyətinin sonu

redaktə

1763-cü (bəzi mənbələrə görə 1765), Nailə Bayramlının təsbitinə əsasən isə 1761-cı ildə[1] Hacı Məhəmmədəli xanın Məhəmmədsəid xan tərəfindən devrilməsi ilə Şamaxı xanlığı birləşdirildi.[4] Hücuma səbəb kimi Kərim xan Zəndlə mübarizədə məğlub olan urmiyalı Fətəli xanın sərkərdəsi Azad xan öz dəstələri ilə 1761-ci ildə Yeni Şamaxıya gəlməsi göstərilir. Azad xan çox keçmir ki, yerli əhalini təhqir edərək incitməyə başlayır. Yeni Şamaxının hakimi Hacı Məhəmmədəli xan isə xalqın narazılığına baxmayaraq, bütün bunlara göz yumurdu. Bu da yerli əyanlardan dəstək alan Məhəmmədsəid xana yürüş üçün bəhanə verir.[5] Məhəmmədəli xan 1762-ci ildə Şamaxıda vəfat etmişdir.

Ailəsi

redaktə

Oğlu Manaf Zərnəvai atasının məğlubiyyətindən sonra Şəkiyə qaçmış, 1768-ci ildə Şəki xanlığına tabe Yeni Şamaxı naibliyi vəzifəsini icra etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Nailə Bayramova (2009), səh. 23
  2. ↑ 1 2 3 azadliq.info. "Ikihakimiyyətli Şamaxı xanlığı" (az.). 05 Oktyabr 2011. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  3. ↑ Nailə Bayramova (2009), səh. 44
  4. ↑ A. Bakıxanov, Gülüstani-Irəm, Bakı, 2001, səh.188-189.
  5. ↑ Hüsü Abdullayev, Azərbaycan XVIII əsrdə və onun Rusiya ilə əlaqələri. Bakı, Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı. 1965, səh. 102 və 217

Ədəbiyyat

redaktə
  • Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-02-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Məhəmmədəli_xan&oldid=6907326"
LOVE.AZ