. Love.az

Haci Mehemmed Neqi - Wikipedia - Love.az

Ana Səhifə - Haci Mehemmed Neqi

Hacı Məhəmməd Nəqi (XVI əsr, Naxçıvan – XVII əsr, Naxçıvan) — Azərbaycan memarı. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi hesab olunur.[1]

Hacı Məhəmməd Nəqi
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Doğum yeri
  • Naxçıvan
Vəfat tarixi XVII əsr
Vəfat yeri
  • Naxçıvan
Vətəndaşlığı
  •  Səfəvilər
İşləri və nailiyyətləri
Memarlıq üslubu Naxçıvan memarlıq məktəbi
Əsas tikililəri "Meydan" məscidi
"Hacı Nağı körpüsü"

Həyatı

redaktə

Naxçıvanda anadan olmuş[2] Hacı Məhəmməd Nəqinin dəqiq doğum tarixi və ölüm tarixi məlum olmasa da XVI əsrin ikinci yarısı – XVII əsrin birinci yarısında Naxçıvanın Оrdubad bölgəsində yaşadığı ehtimal edilir.[1][3] Atası Məşədi Hüseynəlidir.[4]

Fəaliyyəti

redaktə

Hacı Məhəmməd Nəqinin adı Ordubad bölgəsinin Dəstə kəndindəki "Meydan" məscidinin[4] giriş qapısının baş tərəfində qoyulan kitabələrin məzmunundakı məlumat ilə elmi dövriyyəyə daxil edilmişdir[1]. Həmin məscidin üzərində qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin inşasını 1610–1611-ci ildə Əbdülxan Cavad oğlu əmr etmişdir. İkinci kitabənin məlumatından isə aydın olur ki, məscid elə həmin vaxt Fəxr ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən inşa edilmişdir.[1][4] Həmçinin ikinci kitabədə o da qeyd olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın üzərində dövrümüzə qədər qalıqları gəlib çatmış və el arasında "Hacı Nağı körpüsü" adlanan körpü də Hacı Məhəmməd Nəqi tərəfindən inşa etmişdir.[1]

Hacı Məhəmməd Nəqinin məscid və körpü inşa etməsi onun bir memar kimi çoxcəhətli yaradıcılığından xəbər verir və göstərir ki, о zəmanəsinin məşhur sənətkarı olmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 "Naxçıvan abidələri ensiklopediyası" Arxivləşdirilib 2022-06-23 at the Wayback Machine, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 152. ebooks.az  (az.)
  2. ↑ Naxçıvan dünya memarlığının canlı yaddaşıdır Arxivləşdirilib 2017-10-25 at the Wayback Machine. serqqapisi.az, 04.08.2015  (az.)
  3. ↑ 1 2 Səfərli H. Y. "Adları epiqrafik abidələrdə aşkar edilmiş şəxsiyyətlər". AMEA Naxçıvan Bölməsinin "Xəbərləri", 2006, № 2.  (az.)
  4. ↑ 1 2 3 Amerikalı tədqiqatçı-jurnalist Peter Tase. Əcəmi Naxçıvani: Azərbaycan memarlığı və İslam mədəniyyəti memarı Arxivləşdirilib 2021-07-28 at the Wayback Machine. 14.12.2016, ABŞ-nin "Foreign Policy News" qəzeti  (az.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Məhəmməd_Nəqi&oldid=7405612"
LOVE.AZ