. Love.az

Haci Mehemmedsadiq Xan Musiri Defter - Wikipedia - Love.az

Ana Səhifə - Haci Mehemmedsadiq Xan Musiri Defter

Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü

Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər
Doğum yeri Təbriz
Fəaliyyəti Məşrutə hərəkatının üzvü

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur.

Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu.

Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyyə idarəsinə başçılıq etmişdi.

Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi.

Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  • Təbriz

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Məhəmmədsadıq_xan_Müşiri-Dəftər&oldid=8006223"
LOVE.AZ