. Love.az

Haci Bey Sultanov - Wikipedia - Love.az

Ana Səhifə - Haci Bey Sultanov

Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov (2 yanvar 1847, Saracıq, Şuşa qəzası – 2 dekabr 1920, Saracıq, Cəbrayıl qəzası) — Çar ordusunun polkovniki, Aşqabadın general-qubernatoru.

Hacı bəy Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1847(1847-01-02)
Doğum yeri
  • Saracıq, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 dekabr 1920(1920-12-02) (73 yaşında)
Vəfat yeri
  • Saracıq, Cəbrayıl qəzası, Azərbaycan SSR
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Döyüşlər
  • Rusiya–Osmanlı müharibəsi (1877–1878),
  • Axal-Təkə ekspedisiyası
Rütbəsi polkovnik
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası)

Həyatı

redaktə

Hacı bəy Mirzə Zeynal bəy oğlu 1847-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur.

İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rus ordusunda hərbi xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi.

Son xidmət yeri Türküstan Hərbi Dairəsi olmuşdu və orada Aşqabadın general-qubernatoru vəzifəsini icra etmişdi.

Hacı bəy Sultanov doğma kəndində olarkən 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdü.

Hacı bəyin Məhəmməd bəy adlı oğlu vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qarabağ hərbçiləri, Bakı:Təknur, 2011,-312 səh.
  • Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.

Həmçinin bax

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_bəy_Sultanov&oldid=6903092"
LOVE.AZ