Hacıalılı — Azərbaycan Respublikasının Tovuz rayonunun Hacıalılı kənd inzibati ərazi dairəsində kənd.[2]
Hacıalılı | |
---|---|
40°56′ şm. e. 45°31′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kəndin keçmiş adı Şəmşədil olmuşdur. Yaşayış məntəqəsi 1515-ci ildə qızılbaşların zülqədər tayfasının şəmsəddinli qolunun məskunlaşması nəticəsində yarandığı üçün XIX əsrin əvvəllərinə qədər Şəmşədil adlanmışdır. Digər bir iddiaya görə kənd hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 1453 | 724 | 729 |
2009[5] | ↗1629 | ↗819 | ↗810 |
Kənddə Hacıalılı kənd kitabxana filialı,[6] Hacıalılı kənd klubu[7] fəaliyyət göstərir.
Kənddə Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbi fəaliyyət göstərir.[8][9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Hacıalılı tibb məntəqəsi yerləşir.[10]