Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Hacıbaba Sadıq oğlu Əzimov (1 avqust 1938, Lənkəran) — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri (1992–2023). Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi.
Hacıbaba Əzimov | |
---|---|
![]() | |
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri | |
26 noyabr 1992 – 26 aprel 2023 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
23 iyul 1992 – iyul 1997 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Mirzə Bağırov |
5 fevral 1991 – 24 noyabr 1995 | |
Seçki dairəsi | 256 nömrəli Kərgəlan |
Sonrakı | Vəzifə ləğv edildi. |
25 sentyabr 1991 – 23 iyul 1992 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1938(1938-08-01) (86 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
![]() |
1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].