Hacılar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Hacılar | |
---|---|
40°12′03″ şm. e. 44°16′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 900 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 5 km şimal-şərqdə, Kasax çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində [3] qeyd edilmişdir.
Toponim kəngərli türk tayfasından olan hacılar etnonimindən[4] əmələ gəlmişdir. Etnotoponimdir. Qııruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Mrqastan qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra buraya İrandan köçürülən ermənilər yerləşdirilmişdir[5]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 61 nəfər, 1873 - cü ildə 112 nəfər, 1886-cı ildə 144 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır[6]. 1904, 1914 - cü illərdə kənddə yaşayan azərbaycanlılar və ermənilər ümumi şəkildə göstərilmişdir. 1918-ci ildə kənddə 248 nəfər azərbaycanlı yaşamışdır[7].
Kənddə yaşayan azərbaycanlılar 1919 - cu ildə ermənilərin təcavüzünün qurbanı olaraq tarixietnik torpaqlardan deportasiya olunmuşdur[8]. Indiki Ermənistanda sovet hökuməti qurulandan sonra - 1922-ci ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır[9].
1923 - cü ildə onlar yenidən ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.