Hacıqara, Hacı Qara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Hacıqara | |
---|---|
![]() | |
40°14′08″ şm. e. 44°17′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 870 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 9 km şimalda, Abaran çayının sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş, «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Hacı Qaralı kimi[2], Qafqazın 5 verstlik xəritəsində Hacı Qara formasında[3] qeyd edilmişdir.
Toponim Qara Hacılı türk etnoniminin[4] əsasında əmələ gəlmişdir. Qara Hacılı etnonimi inversiyaya uğrayaraq Hacı Qara, Hacı Qaralı formasma[5] çevrümişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aygeşad qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür[6]. Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır[7]. Azərbaycanlılar XX əsrin əvvəllərindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi Ermənilər yaşayır.