. Love.az

Haciqasimli - Wikipedia - Love.az

Ana Səhifə - Haciqasimli
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Hacıqasımlı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.

Hacıqasımlı
39°56′ şm. e. 48°18′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Saatlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 4916[1]
Xəritəni göstər/gizlə
Hacıqasımlı xəritədə
Hacıqasımlı
Hacıqasımlı

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Təhsil uğurlar
  • 4 Coğrafiyası və iqlimi
  • 5 Əhalisi
  • 6 İqtisadiyyatı
  • 7 İstinadlar

Tarixi

redaktə

Hacıqasımlı kəndinin yaranması nəslin banisi olan Hacı Qasımın adı ilə bağlıdır. Hacı Qasım özü bir neçə əsr qabaq ailəsi ilə birgə, dağlıq Şirvandan köçərək bu kəndin yaradıcısı və ilk sakini olmuşdur. Əslində kəndin yaranma tarixi XVII əsrin əvvəllərinə təsadüf edir. Kəndin yaranması XVII əsrin əvvəllərində Şamaxıdan gəlmiş Qasım adlı şəxsin adı ilə bağlıdır. Gənc yaşlarında bu ərazidə məskunlaşan Qasım ailə qurmuş, həcc ziyarətinə getmişdir. O, Hacıdan qayıtdıqdan sonra kənd onun adı ilə Hacıqasımlı adlandırılmısdır. Təxminən 20-ci əsrin əvvəllərində Hacıqasımlı kəndinə İran ərazisindən bir neçə seyid ailəsi gələrək Hacıqasımlı kəndinin el arasında Məmmədbəyli deyilən hissəsində məskunlaşmışlar. Bu gün Hacıqasımlı kəndində yaşayan əhalinin əksər hissəsini Hacıqasımın nəvə-nəticələri təşkil edir.[mənbə göstərilməlidir]

Mədəniyyəti

redaktə

Kənddə 1 orta məktəb binası, 1 məscid, 1 tibb məntəqəsi, Mədəniyyət və Turizm Nazırliyinin kənd klubu və İcra Hakimiyyətinin yerli kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Orta Məktəb Qarabağ şəhidi İsmayıl Əliyevin adını daşıyır.(Əliyev İsmayıl Ayaz oğlu)[mənbə göstərilməlidir]

Təhsil uğurlar

redaktə

138 evdən ibarət olan Hacıqasımlı kəndinin 70-dən çox ali təhsilli övladları Azərbaycanın müxtəlif yerlərində müəyyən vəzifələrdə çalışırlar.

Coğrafiyası və iqlimi

redaktə

Saatlı rayonunun Hacıqasımlı kəndi Araz çayının sol sahilində yerləşir. Rayon mərkəzi ilə 5,5 km məsafədədir. Hacıqasımlı kəndi 2 hissədən ibarətdir. Kiçik su kanalı kəndi iki hissəyə ayırır. Kanalın sol sahilinə Məmmədbəyli, sağ sahilinə-daha böyük ərazisinə HACIQASIMLI deyilir.

Əhalisi

redaktə

Əhalisinin müəyyən hissəsini seyidlər təşkil edir. Onlarda İrandan köç etmişlər. Kənd ağır seyidləri ilə də tanınmışdır. Onlardan Kərbəlayı Seyid İsmayıl ağa, onun oğlu Mirhadı ağa və Mirkazım ağa kənd sakinlərinin and yeridir.

Kəndin ən yaşlı sakinləri İbrahimov Əzizulla və Həsənov Məşədi Məhəmmədəli kişidir. M.Məhəmmədəli kişi kənddə öz əlləri ilə 2 məscid və 1 məktəb binası tikmişdir.

İqtisadiyyatı

redaktə

Əsasən əkinçilik və maldarlıq əhalinin əsas iqtisadiyyatını təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
Saatlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacıqasımlı&oldid=8181436"
LOVE.AZ