Hacıturalı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Həsənxanlı | |
---|---|
40°01′05″ şm. e. 47°07′14″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 177 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Xəritəni göstər/gizlə
|
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Ağdam rayonunun Əfətli bələdiyyəsinin ərazisinə aid edilib[3].
Kənd "Hacı Turalu" adı ilə Rusiya İmperiyasının siyahıyaalma kitabı olan "Qafqaz təqvimi"nin 1913-cü il üzrə qeydlər hissəsində Yelizavetpol qubermiyasının Şuşa qəzasının Əfətli kənd icmasının tərkibindəki kənd kimi qeyd edilib[4].
Azərbaycan SSR-in 1926-cı il taruxli inzaibati-ərazi bölgüsünə əsasən bu kənd Ağdam qəzasının Qarqar dairəsində yerləşir[5].
Azərbaycan SSR-da 1929-cu ildə aparılmış inzibati-ərazi ishalatı və qəzaların ləğvi nəticəsində Hacı Turalı kəndi Ağdam rayonunun Əfətli kənd Şurasına (Sovetliyinə) aid edilib.
1961 -1977-ci illlərdə də "Hacıturalı" adı (bir sözlə yazılış) ilə kənd Əfətli Sovetliyinin tərkibində göstərilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmiş, onun ilk Nizanaməsi qəbul edilmişdir.
Hacıturalı Bələdiyyəsi 2004-cü ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Hacıturalı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Lakin, 2022-ci ildən sonra həmin bələdiyyənin real fəaliyyəti olmayıb (2024-cü ildə qəbul edilmiş birləşmə qərarından başqa, heç bir qərar qəbul etməyib).
2024-cü ilin oktyabr ayında Hacıturalı Bələdiyyəsinin Əfərtli Bələdiyyəsi ilə birləşməsi barədə qərar qəbul edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[9] əsasən Hacıturalı bələdiyyəsinin torpaqları Əfətli bələdiyyəsinə birləşdirilərək, Hacıturalı bələdiyyəsi ləğv edildi.
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[10]
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |