Hacıxanlı (əvvəlki adı: Zorkeşiş) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılmışdır. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılmışdır.[1]
Hacıxanlı | |
---|---|
39°51′26″ şm. e. 46°16′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kənd XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonra salındığı ərazinin adı ilə Zorkeşiş adlandırılmışdı. Kəndin ərazisi əvvəllər mənşəcə qarabayramlı tayfasının hacıxanlı tirəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Hacıxanlı kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Hacıxanlı Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Kəndin əhalisi kürd mənşəli[7][8][9] hacısamlı camaatındandır.[10]
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |