. Love.az

Hadi Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Hadi Eliyev

Hadı Əliyev Bədəl oğlu (1900 – 1982) — coğrafiyaşünas alim, professor.

Hadı Əliyev
Hadı Əliyev Bədəl oğlu
Doğum tarixi 1900
Vəfat tarixi 1982
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası coğrafiyaçı
Fəaliyyəti alim
Mükafatları

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Mükafatı
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Həyatı

redaktə

Hadı Əliyev 1900-cu ildə anadan olub. Orta təhsilini Bakının Maştağa kəndində Realnı məktəbində almışdır. Azərbaycanda Coğrafiya elminin və coğrafiya təhsilini qoyanlardan biridir. 1927-ci ildən Coğrafiya elminin tədrisi ilə məşğul olmuşdur. 1939-cu ildə coğrafiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk coğrafiyaşümas alimlərdən biri olmuşdur. XX əsrdə Azərbaycanda coğrafiyaçıların ilk milli müəllimi olnuşdur.[1]

Elmi fəaliyyəti

redaktə

O, 1939-cu ildə ADPU-nə müəlimliyə dəvət olunmuşdur. Bir müddət həmin institutun prorektoru vəzifələrində çalışmışdır. 1938-ci ildə keçmiş SSRİ EA-nın Azərbaycan filialında ilk iqtisadi coğrafiya şöbəsini təşkil edir və ona ictimai əsaslarla rəhbərlik edir. 1945-ci ildə Coğrafiya institutuna direktor təyin edilir. Elə o vaxtdan etibarən ADU-də iqtisadi coğrafiyadan dərs deyir. Onun təşəbbüsü ilə 1944-ci ildə universitetdə yeni yaradılmış geologiya-coğrafiya fakültəsinin nəzdində iqtisadi coğrafiya kafedrası açılmış və 1980-ci ilədək həmin kafedraya rəhbərlik etmişdir. H.Əliyev 1960-cı ildən universitetdə yeni yaradılmış "xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası" kafedrasına rəhbərlik edib. Azərbaycan Dövlət Universitetinin böyük elmi şurası H.Əliyevin coğrafiya elmi qarşısında böyük xidmətlərini nəzərə alaraq 1965-ci ildə ona professor adı vermişdir. H.Əliyev böyük ictimayyətçi idi. 1950–1975-ci illərdə o Azərbaycan SSR "Bilik" cəmiyyətinin "Beynəlxalq həyatı" bölməsinin rəhbəri, 1939–1957-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, 1970-ci ildə keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü seçilmişdir. H.Əliyev yüzlərcə elmi məqalənin müəllifidir. Orta məktəb şagirdləri üçün rus və Azərbaycan dillərində "Azərbaycan SSR-in iqtisadi coğrafiyası" və ali məktəb tələbələri üçün "Azərbaycan SSR-in iqtisadi coğrafiyası" dərsliyinin müəllifidir. Onun "Çin Xalq Respublikası", "Misir Ərəb Respublikası" və "Afrika bu gün" kitabları indidə öz əhəniyyətini saxlayır.[2]

Mükafatı

redaktə
  • "Əməkdar elm xadimi" — 1979

Həmçinin bax

redaktə
  • Rəna Qaşqay
  • İrina Kuçinskaya

İstinadlar

redaktə
  1. ↑ Budaq Budaqov Azərbaycanın Coğrafiyaçı alimləri "Elm" məşriyyatı Bakı 2013.səh.113
  2. ↑ Budaq B.Azərb. Coğrafiyaçı alimləri. "Elm"nəşriyyatı Bakı 2013.səh.114
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hadı_Əliyev&oldid=7811523"
LOVE.AZ