. Love.az

Hadiqaib Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Hadiqaib Yasayis Yeri
Bu adın digər istifadə formaları üçün bax: Hadiqaib.

Hadiqaib yaşayış yeri — Şərur rayonunda, Axuraçayın sol sahilində hündür dağlarla əhatələnmiş dərədə Orta əsrlərə aid yaşayış yeri.

Sahəsi 150x60 m.-dir. Əksəriyyəti dördbucaqlı formada olan evlərin qalıqları (hündürlüyü 50-80 sm) dövrümüzədək saxlanmışdır. Yaşayış yerində orta əsrlər üçün səciyyəvi olan bir neçə təndir qalığı, əllə, bəziləri isə dulus çarxında səliqə ilə hazırlanmış saxsı məmulatları (küp, qazan, küpə və s.) aşkar olunmuşdur.[1] Qabların bəziləri (kasa və boşqab tipli qablar) ağ anqob üzərindən yaşıl, digərləri mavi, həmçinin göyümtül rəngli şirlə örtülmüşdür. Tapıntılara əsasən, Hadiqaib yaşayış yerinin VIII–XVIII əsrlərə aid olması ehtimal edilir.[2]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Elmlər Akademiyası. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
  2. ↑ .Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.

Xarici keçidlər

redaktə
  • Bəşər övladının ilk evləri – mağaralar Arxivləşdirilib 2018-07-13 at the Wayback Machine
  • Qədim insan məskəni

Həmçinin bax

redaktə
  • Hadiqaib mağarası
  • Hadiqaib piri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hadiqaib_yaşayış_yeri&oldid=6639197"
LOVE.AZ