. Love.az

Hadrut Sikke Definesi - Wikipedia - Love.az

Ana Səhifə - Hadrut Sikke Definesi

Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar.[1]



Mündəricat

  • 1 Tapılma yeri və ümumi məlumat
  • 2 Səciyyəvi xüsusiyyətləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Tapılma yeri və ümumi məlumat

redaktə

Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir.[2]

Səciyyəvi xüsusiyyətləri

redaktə

Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 q[3]

Gəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98[4]

Qarabağ xanlığı NF 34580. Pənahabad (Şuşa). 1209 = 1794, gümüş pənabadi, 1,36 q[5]

İstinadlar

redaktə
  1. ↑ "Muzeyin Hadrut dəfinəsi". 2020-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-13.
  2. ↑ AMEA Milli Azərbaycan Tarixi Muzeyi Numizmatika Fondu İnventar kitabı
  3. ↑ AMEA Milli Azərbaycan Tarixi Muzeyi Numizmatika Fondu inv. 34555
  4. ↑ Milli Azərbaycan Tarixi Muzeyi Numizmatika Fondu inv.34575
  5. ↑ Milli Azərbaycan Tarixi Muzeyi Numizmatika Fondu inv34580

Həmçinin bax

redaktə

Şəddadilərin sikkələri Elxanilərin sikkələri

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hadrut_sikkə_dəfinəsi&oldid=6847679"
LOVE.AZ