. Love.az

Hafiz Fetullayev - Wikipedia - Love.az

Ana Səhifə - Hafiz Fetullayev

Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor.

Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev
Doğum tarixi 24 fevral 1944(1944-02-24)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 20 yanvar 2015(2015-01-20) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti aktyor, kinorejissor, ssenarist
IMDb ID3062145

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir. Maştağa qəbiristanlığında torpağa tapşırılmışdır.

Filmoqrafiya

redaktə
  1. Fatehlərin divanı
  2. Həmkarlar (film)
  3. Qırmızı qatar (film, 1993)
  4. Mücrü (film, 1973)
  5. Müqəddəs oda yanaram (film, 1991)
  6. Yeganə əlac (film, 1981)

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

redaktə
  • Hafiz Fətullayev haqqinda süjet. İTV 01.02.2014
  • Ramiz Fətullayev. Hafiz Fətullayevə ithaf.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hafiz_Fətullayev&oldid=7999484"
LOVE.AZ