. Love.az

Hakimiyyetin Kommunistlere Tehvil Verilmesi Haqqinda Qerar - Wikipedia - Love.az

Ana Səhifə - Hakimiyyetin Kommunistlere Tehvil Verilmesi Haqqinda Qerar

Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı

Mündəricat

  • 1 Tarix
  • 2 Məktubun məzmunu
  • 3 Qərar:
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarix

redaktə

27 aprel 1920-ci il, Axşam saat 11.00

Məktubun məzmunu

redaktə

Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya:

  1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
  2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
  3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
  4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
  5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
  6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
  7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.

Qərar:

redaktə

Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram.

Parlamentin sədri: Məmməd Yusif Cəfərov

Dəftərxana direktoru: Vəkilov. [1]

Mənbə

redaktə

"Kommunist", 1920. 6 may

Həmçinin bax

redaktə
  • Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabinetləri
  • Azərbaycan Xalq Cümhuriyyətinin höküməti

Xarici keçidlər

redaktə
  • http://axc.preslib.az/az_b3.html

İstinadlar

redaktə
  1. ↑ Prezident Kitabxanası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hakimiyyətin_kommunistlərə_təhvil_verilməsi_haqqında_qərar&oldid=5887747"
LOVE.AZ