Half-Life (azərb. yarımçevrilmə dövrü) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır.
Half-Life seriyası | |
---|---|
![]() Seriyanın loqosu; Yunan əlifbasından olan lyamda videooyunun simvolu hesab olunur. | |
Janrlar | Birinci-şəxs atıcı |
Yaradıcılar | Valve Corporation Gearbox Software |
Nəşrçilər | Sierra Entertainment Valve Corporation Electronic Arts |
İlk buraxılış | Half-Life 1998 |
Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir.
Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır.
Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur.
Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Seriya oyunları birinci-şəxs atıcı janrında hazırlanılıb və çoxlu sayda elə də çətin olmayan tapmaca hissələrdən ibarətdir (qapalı qapının açılması, qatarın getməsi üçün səddin qaldırılması və sair). Bu xüsusiyyət daha çox 1998-ci ildə buraxılmış I hissəyə (Half-Life) xasdır. Oyunlar bir xəttli olub, adətən skriptlərdə əsaslanır. Yəni müttəfiq və ya düşmənlərin yaranmağı və ya ümumi oyun hadisələrinin baş verməsi proqramlaşdırılmışdır.
Bundan əlavə seriyanın süjetləri olduqca orijinaldır. Bir çox digər oyunlardan fərqli olaraq burada oyun süjeti oyunçuya tam açılmır. Oyunun mahiyyətini anlamaq üçün oyunçu gərək onu əhatə edən vəziyyəti izləyə və diqqətlə dialoqları dinləyə. Yalnız bu halda oyunçu oyunun ümumi şəklini təsəvvür edə bilər və oyunun məğzini anlaya bilər. Seriyanın ən böyük xüsusiyyətlərin biri oyundakı missiyaların olmamasıdır. Formal olaraq missiyalar var və onları seçmək də olur. Ancaq digər oyunlardan fərqli olaraq aralarında fərqləndirici çarxlar və ya xüsusi keçidlər yoxdur.