. Love.az

Hall Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Hall Adasi

Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt.

Hall adası
rus. Остров Галля
Ümumi məlumatlar
Sahəsi 1049 km²
Hündür nöqtəsi 502 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°19′10″ şm. e. 57°59′05″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Arxangelsk vilayəti
Arxipelaq
  • Frans-İosif Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Hall adası xəritədə
Hall adası
Hall adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə
 
Teqethoff bunu

Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir. 1898-ci ilin qışında Valter Vellmanın ekspedisiyası Terethoff burnunda düşərfə salmışdır. Burun Vilhelm Teqethoffın şərəfinə adlandırılmışdır. XX əsrin 90-cı illərində adanın ilk kəşf edənlərin çərəfinə burunda sənədli film çəkilmişdir[1]

İstinadlar

redaktə
  1. ↑ "Вечерний Мурманск — Мурманск B-port.com". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hall_adası&oldid=6402367"
LOVE.AZ