. Love.az

Hallavar Oguz - Wikipedia - Love.az

Ana Səhifə - Hallavar Oguz
Bu adın digər istifadə formaları üçün bax: Hallavar.

Hallavar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Hallavar
41°01′27″ şm. e. 47°28′58″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Hallavar xəritədə
Hallavar
Hallavar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Yerli məlumata görə, oykonim "hündür yer" mənasındadır.[1] "Hallavar"ın tayfa adından yaranmış etnotoponim olduğu ehtimal edilir. Tiflisdə Hallavar adlı məhəllə var. Kəndin adındakı "alaçıq, yeri, otlaq yeri" mənası daşıyan "var" sözü Şotavar (Qax), Qızılavar, Mahmudavar (Masallı), Horavar (Yardımlı), Əmirvar (Daşkəsən) və s. toponimlərdə iştirak edir. Əkinçiliklə əlaqədar yaranmış şifahi xalq ədəbiyyatının bir növü "holavarlar"dır. Əkinçilər "holar" çəkib birlikdə oxuyar, kotan sürərdilər. "Hallavar"ı "holavar"ın dəyişilmiş variantı kimi qəbul etsək, bu toponim "bir yerdə olan, toplu olan el, oba" mənasını verir.

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Kənd Baş Qafqaz silsiləsinin ətəyində, Alazan-Əyriçay çökəkliyində, rayon mərkəzindən 8 km cənub-şərqdə, Qumlaq kəndinin qərbində, Xalxalçayın sol sahilindən 1 km aralıda, dəniz səviyyəsindən 485 m. yüksəklikdə yerləşir.

Əhalisi

redaktə

Əhalinin sayı 92 nəfərdir (1 yanvar 2017-ci il).

İqtisadiyyatı

redaktə

Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik, bağçılıq və tərəvəzçiliklə təçkil edir.

İstinadlar

redaktə
  1. ↑ Hallavar (Oğuz) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Həmçinin bax

redaktə
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hallavar_(Oğuz)&oldid=6725854"
LOVE.AZ