. Love.az

Hannes Iqnatius - Wikipedia - Love.az

Ana Səhifə - Hannes Iqnatius

İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871[1], Helsinki – 3 mart 1941[2], Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi.[5]

Hannes İqnatius
Şəxsi məlumatlar
Doğum tarixi 8 oktyabr 1871(1871-10-08)[1]
Doğum yeri
  • Helsinki, Nyuland quberniyası[d], Finlandiya knyazlığı, Rusiya imperiyası
Vəfat tarixi 3 mart 1941(1941-03-03)[2] (69 yaşında)
Vəfat yeri
  • Helsinki, Uusimaa quberniyası[d], Finlandiya
Vətəndaşlığı
  •  Finlandiya[3]
Hərbi fəaliyyəti
Rütbəsi general-leytenant[4], General-kvartirmeyster[d][4]
Döyüşlər
  • Finlandiya vətəndaş müharibəsi,
  • SSRİ–Finlandiya müharibəsi (1939–1940)
Təltifləri Cross of Liberty, 1st Class with star (Finlandiya) Cross of Liberty, 1st Class (Finlandiya) Grand Cross of the Order of the White Rose of Finland (Finlandiya) — 1937 Memorial medal of the War of Liberation (Finlandiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır.[6]

Hərbi xidməti

redaktə

İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.[7]

İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı. İqnatius 1920 və 1930-cu illərdə Mannerheymin ən coşğulu tərəfdarlarından biri idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Johannes Ferdinand Ignatius // Generals of World War II. 2000.
  2. ↑ 1 2 Hannes Ignatius // Uppslagsverket Finland (швед.). Svenska folkskolans vänner.
  3. ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2018.
  4. ↑ 1 2 Johannes Ferdinand (Hannes) Ignatius // http://www.mannerheim.fi/06_vsota/e_ignat.htm.
  5. ↑ "MANNERHEIM – War of Independence – HANNES IGNATIUS". www.mannerheim.fi. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
  6. ↑ Brantberg, Robert. "Hannes Ignatius". 2005, 2009. 2016-09-12 tarixində arxivləşdirilib.
  7. ↑ Jägerskiöld, Stig Axel Fridolf. Mannerheim. Hurst. January 1986. ISBN 9781850650096. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hannes_İqnatius&oldid=7100929"
LOVE.AZ