. Love.az

Harami Asirimi - Wikipedia - Love.az

Ana Səhifə - Harami Asirimi
Bu adın digər istifadə formaları üçün bax: Haramı.

Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin  çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı. [1]

Haramı aşırımı
39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO
Hündürlüyü1290,0 m
Ölkə  Azərbaycan
Haramı aşırımı (Qafqaz)
Qırmızı nöqtə

Həmçinin bax

redaktə
  • Boyəhməd aşırımı
  • Qudurdağ aşırımı
  • Biçənək aşırımı
  • Gədik aşırımı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Haramı_aşırımı&oldid=6087330"
LOVE.AZ